Daily Archives: 24.03.2012

“Windows 8” əməliyyat sistemi ilə işləyəcək ilk planşet istehsalçısı məlum olub

Стандартный

“Windows 8” əməliyyat sistemi ilə işləyəcək ilk planşeti Çinin “Lenovo” şirkəti istehsal edəcək.
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, qurğu “Windows 8” əməliyyat sisteminin təqdim edilməsi ilə bir gündə satışa çıxarılacaq. Planşetin xüsusiyyətləri haqqında məlumat verilməyib. Yalnız planşetin “İntel” prosessoru ilə təchiz ediləcəyi məlumdur.
“Microsoft” korporasiyasının yeni əməliyyat sistemi əsasında planşet istehsal etmək niyyətində olan istehsalçılar arasında, həmçinin “Dell”, “Hewlett-Packard”, “Asus” və “Nokia” şirkətlərinin də adı çəkilir.Məlumat üçün bildirim ki, 2012-ci ilin yanvarında keçirilən “CES” sərgisində “Lenovo” şirkəti “Windows 8” əməliyyat sistemi ilə işləyən planşet və noutbukun hibridini təqdim edib.

ictnews.az

Şəbəkədə olan saytların sayı 346 milyonu keçib

Стандартный

“Netcraft” monitorinq şirkətinin hesabatına əsasən, 1 iyuna kimi internetdə olan saytların sayı 346 004 403 olub. Ən məşhur veb-serverlərdən olan Apache-də yerləşən saytlar may ayında 21 milyon hosta çatıb. Bu da bazar payında 2.2%-lik artımla müşahidə olunub. Apache-ın əhəmiyyətli artımını fransız hosteri OVH təmin edib. Belə ki, OVH 8,6 milyondan çox sayt və bloqu Apache veb serverində yerləşdirib. Təxminən 5,6 milyon hostu Softlayer (5,6 milyon sayt) və AmeriNOC (2,5 milyon) təmin edib. Əhəmiyyətli azalma Microsoft IIS-də olub, belə ki, onun bazasında yerləşən saytların sayı 1.4 milyona düşüb.

ictnews.az

Müəllimlərin rəsmi elektron poçtu olacaq

Стандартный

Təhsil Nazirliyi, Microsoft Azərbaycan şirkətinin və Mədəd Azərbaycan təşkilatının birgə layihəsi çərçivəsində Azərbaycan müəllimləri rəsmi elektron poçt ünvanları ilə təchiz olunacaq.
“2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində Microsoft Azərbaycan şirkətinin dəstəyi ilə həyata keçirilən layihədə müəllimlərin poçt ünvanları teacher.edu.az domen adı altında açılacaq. Elektron poçt ünvanları Microsoft Live@Edu texnoloji platformasının bazasında işləyəcək.
İlkin mərhələdə Microsoft korporasiyasının “Təhsildə Əməkdaşlıq” proqramı çərçivəsində Mədəd Azərbaycan təşkilatı ilə birlikdə “Elektron Məktəb” pilot layihəsinə qoşulmuş məktəblərin müəllimləri üçün Live@Edu platforması bazasında elektron poçtların istifadəsi üzrə xüsusi təlimlər keçiləcək. Sonrakı mərhələdə dövlət proqramı çərçivəsində müəllimlər və inzibati işçilər üçün Mədəd Azərbaycan təşkilatı tərəfindən keçirilən təlimlərdə iştirak edənlər də rəsmi elektron poçt ünvanı alacaqlar. ad.soyad@teacher.edu.az kimi elektron poçt ünvanlarının olması müxtəlif səviyyələrdə kommunikasiyalar üçün yeni imkanlar yaradacaq. Elektron poçt vasitəsilə müəllimlər öz aralarında əlaqələri daha da genişləndirəcəklər. Vahid elektron poçt ünvanları reyestrinin olması məktəblər, rayon təhsil şöbələri,
Təhsil Nazirliyi səviyyəsində məlumatlandırmanın sistemli və mərkəzləşdirilmiş qaydada həyata keçirməyə imkan verəcək.
Microsoft Live@Edu xidməti çərçivəsində Azərbaycan müəllimləri həmçinin fərdi elektron təqvim, şəbəkələşmə, ani ismarıc, 25Gb İnternet sahə və Microsoft Office proqramlar dəstinin online versiyalarını əldə edəcəklər. Burada müəllimlər həm birin-birə həm qrup şəklində əməkdaşlıq qura biləcək, iri həcmli fayllarla bölüşmək və fayllar üzərində müştərək işləmək imkanı alacaqlar. Son nəticədə bütün müəllimlərin fərdiləşdirici elektron ünvanı olması Azərbaycan təhsil sistemində korporativ münasibətlərin formalaşdırılmana şərait yaradacaq. Məktəblər öz pedaqoji kollektivləri üçün rəsmi elektron ünvan almaq üçün administrator@teacher.edu.az ünvanına müraciət edə bilərlər.

ictnews.az

Prezident İlham Əliyevin saytının iPad üçün əlavəsi istifadəyə verilib

Стандартный

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin saytının iPad planşet kompüterlər üçün xüsusi əlavəsi istifadəyə verilib. Azərbaycan Prezidentinin Administrasiyasından verilən məlumata görə, iPad istifadəçiləri xüsusi əlavəni yükləməklə dövlət başçısının çıxışları, müsahibələri, onun iştirakı ilə keçirilən tədbirlərdən xəbərlər, fotomateriallarla tanış ola biləcəklər. Əlavəni yükləmək üçün “Apple Applications Store”da öz akkauntunuzdan istifadə etməyiniz lazımdır. Prezident Administrasiyasından bu əlavənin hazırlanmasını ictimaiyyətlə əlaqələrə diqqətin artırılması, həmçinin yeni kommunikasiya formalarından istifadə ilə əlaqələndiriblər.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan Prezidentinin saytı tam şəkildə yenilənib, həmçinin saytın Youtube-də rəsmi kanalı, Twitter mikrobloqlar şəbəkəsində akkauntu yaradılıb.
Bununla bərabər Prezident Administrasiyası ənənəvi media-kanallarla yanaşı ictimaiyyəti öz fəaliyyəti ilə Twitter akkauntu vasitəsilə məlumatlandıran ilk dövlət kanalı olub. Administrasiyanın bəzi şöbələri də son zamanlar müxtəlif sosial şəbəkələrin aktiv istifadəçisinə çevriliblər. Qeyd edək ki, Azərbaycan Prezidentinin saytı postsovet məkanında iPhone və iPad üçün əlavələrə malik olan yeganə internet-resursdur.

ictnews.az

«Netty»nin qalibləri bəlli oldu

Стандартный

Mayın 24-də Netty-2011 Azərbaycan milli internet mükafatının təntənəli təqdimat mərasimi keçirilib.
Tədbirdə Netty akademikləri cari ilin ən uğurlu milli veb saytlarının və layihələrin adlarını açıqlayıblar:
1. Dövlət saytı: Azərbaycan Respublikasının Mərkəzi Bankı www.cbar.az
2. Korporativ sayt: “Yarpack” şirkəti www.yarpack.az
3. Elm və təhsil: “Xaricdə təhsil” layihəsi www.xaricdetehsil.org
4. Mədəniyyət və incəsənət: xalq artisti Şəmsi Bədəlbəylinin saytı www.shamsi.musigi-dunya.az
5. İnformasiya və xəbərlər: fotoqraflar saytı www.fotoqraf.org
6. Servis-sayt: saytlar kataloqu www.weblist.az
7. Əyləncə: video və audio-kontent saytı www.azeritube.az
8. İdman: alpinizm və ekoturizm həvəskarları üçün portalı www.ecosport.az
9. Azərbaycan: milli informasiya-naviqasiya sistemi www.gomap.az
10. Şəxsi sayt: voleybolçu Natavan Qasımovanın rəsmi saytı www.natavangasimova.com
11. Cəmiyyət: İRƏLİ İctimai Birliyi www.ireli.az
12. Elektron kommersiya sahəsində ən yaxşı sayt: «Ali&Nino» kitab mağazaları şəbəkəsi www.alinino.az
13. Turizm ilin keçirilməsi çərçivəsində ən yaxşı layihə (xüsusi mükafat): www.xinaliq.az
14. İlin İT-hadisəsi: «elektron imza» layihəsi
15. “Ölkədə informasiya texnologiyalarının inkişafına istiqamətlənən xidmətlərə görə” fəxri nominasiyanın qalibi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Statistika və informasiya texnologiyaları Baş İdarəsinin rəisi, Layihələrin idarə edilməsi Azərbaycan Assosiasiyasının prezidenti İqbal Babayev elan olunub.

Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müsabiqənin keçirilməsinə dəstək göstərib.

Microsoft Ballmerdən razıdır

Стандартный

«Microsoft» direktorlar şurası korporasiyanın indiki icraçı direktorunu müdafiə edib və ona varis axtarmaq niyyətində olmadığını bəyan edib. Şirkətdən bildirilib ki, “Microsoft” bütövlükdə Stiv Ballmerin idarəçilik siyasətindən razıdır. Qeyd edək ki, nüfuzlu investisiya fondu olan «Greenlight Capital»ın rəhbəri Devid Eynxorn Stiv Ballmerin istefası təklifi ilə çıxış edib. Onun çıxışından sonra hətta, “Microsoft”un direktorlar şurası müşavirə çağırıb.Məlumata görə, şirkətin banisi Bill Qeyts Microsoft-un indiki icraçı direktorunu dəstəkləyib. Səhmdarların sözlərinə görə, hələ Ballmeri sadəcə əvəz edəcək kimsə yoxdur.

ictnews.az