Daily Archives: 06.03.2012

“Samsung” şirkəti ilk ikinüvəli pleyerini təqdim edib

Стандартный

İCTnews” elektron xəbər xidməti xəbər verir ki, “Samsung” şirkəti ikinüvəli ”Galaxy Player 70 Plus” portativ multimedia pleyerini təqdim edib. Qurğu 5 meqapikselli kamera, 1 QHs (qiqahers) takt tezlikli prosessor, “Wi-Fi” və “Bluetooth” modulları ilə təchiz edilib. Daxili yaddaş tutumu modeldən asılı olaraq 16 və ya 32 QB (qiqabayt) təşkil edir.16 QB daxili yaddaş ilə olan “Galaxy Player 70 Plus” pleyerinin qiyməti təxminən 357 dollar, digər modelin qiyməti isə 420 dollar təşkil edəcək. Pleyer “microSD” yaddaş kartlarını dəstəkləyir və quraşdırılmış hiroskopa (hər cür vəziyyətdə öz sabitliyini mühafizə edən sərbəst oxlu cihaz) malikdir. “Galaxy Player 70 Plus”-un ekranının diaqonalı 5 düym təşkil edir.Aparatın enerji ilə təchiz olunması 2500 milliamper/saat tutumlu akkumulyator vasitəsi ilə həyata keçirilir. Qurğuya “Android 2.3 Gingerbread” əməliyyat sistemi quraşdırılıb.

ictnews.az

Ən sürətli robot-gepard (VİDEO)

Стандартный

“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, ABŞ-ın “DARPA” Perspektiv Müdafiə Tədqiqatları Agentliyi robot-gepard təqdim edib. Robot-gepard “DARPA” laboratoriyasında aparılan sınaq zamanı saatda 29 km  qaçış sürətinə nail ola bilib. Beləliklə, 1989-cu ilin rekordu təzələnib. Qeyd edim ki, o zaman robot saatda 21 km qaçış sürətinə nail ola bilmişdi.Mühəndislər 2012-ci ildə robot-gepardı açıq ərazidə sınaqdan keçirməyi planlaşdırırlar.Hazırda robotun hərəkəti hidravlik kompressor ilə təmin olunur. Açıq ərazidə sınaq zamanı enerjinin hansı üsulla verilməsi haqqında məlumat verilməyib.

ictnews.az

Simsiz internet operatorundan qadınlara 8 Mart hədiyyəsi

Стандартный

“SAZZ” simsiz internet operatoru 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlara məxsus hədiyyə paketi hazırlayıb. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə,  bu paket çərçivəsində internet operatorun şəbəkəsinə qoşulan xanımlara USB modemi 50% endirimlə təqdim olunacaq. Qeyd edək ki, aksiya  6,7 və 8 mart tarixlərində keçirilir.Xatırladaq ki, “SAZZ” (4G internet) – Azərbaycanda“MobileWİMAX” texnologiyası üzrə simsiz sürətli internet şəbəkəsidir. Bu texnologiya əhatə zonasına daxil olan ərazilərdə internetə 10 Mbit/s-ə qədər daxilolmanı təmin edir.Hazırda “SAZZ” şəbəkəsinin əhatə dairəsinə Bakı, Sumqayıt, Xırdalan, eləcə də Mərdəkan, Şağan, Şüvəlan, Qala, Buzovna, Nardaran, Novxanı, Hövsan, Binəqədi, Sahil, Saray, Maştağa və Yeni Suraxanı qəsəbələri daxildir.

ictnews.az

topladi.Zaliyev Kenan

İnternetdəki veb-saytların sayı 644 milyonu ötüb

Стандартный

“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, “Netcraft” monitorinq şirkətinin mart ayının 5-i tarixində dərc etdiyi məlumata əsasən, 2012-ci il fevral ayının nəticəsinə görə internetdə fəaliyyət göstərən sayt və bloqların sayı 640 milyonu (644275754) ötüb. Bu göstərici keçən ay ilə müqayisədə 31,4 milyon çoxdur.

ictnews.az

topladi.Zaliyev Kenan

“Facebook” şəbəkəsi “Windows” üçün stolüstü “Messenger” əlavəsini istifadəyə verəcək

Стандартный

“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” “Windows” əməliyyat sistemi ilə işləyən kompyuterlər üçün “Messenger” ani mesaj xidməti əlavəsini istifadəyə verəcək.“Windows” əməliyyat sistemi üçün “Facebook Messenger” əlavəsi yaxın həftələr ərzində istifadəyə veriləcək. Əlavə vasitəsi ilə sosial şəbəkə saytına daxil olmadan “Facebook” dostlarla mesajlaşmaq mümkün olacaq.“Facebook” proqramçılarının sözlərinə görə, əlavə vasitəsilə yalnız sosial şəbəkədəki dostlarla mesajlaşmaq deyil, həmçinin yeni şərhlər və istifadəçilərin digər fəaliyyəti haqqında xəbərdarlıqlar almaq mümkün olacaq.

ictnews.az

topladi.Zaliyev Kenan

 

 

 

 

 

 

 

“Yahoo” internet şirkəti kütləvi ixtisar etməyi planlaşdırır

Стандартный

“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, “Yahoo” internet şirkətinin baş direktoru Skott Tompson şirkətdə genişmiqyaslı struktur işlərinin aparılmasını planlaşdırır.“ATD” mənbələrinin məlumatına görə, “Yahoo” internet şirkətində minlərlə işçi ixtisar ediləcək.
2012-ci ilin əvvəlinə olan məlumata əsasən, “Yahoo” şirkətində 14 mindən çox ştatda olan əməkdaş çalışıb. Bundan əlavə, xeyli sayda proqram təminatı tərtibatçıları şirkətlə müqavilə əsasında əməkdaşlıq edib.Məlumat üçün bildirim ki, şirkətdə keçən ildən bəri korporativ böhran yaşanır və biznesin xilas edilməsi üçün effektiv strategiyaya ehtiyac var idi. Şirkət artıq mart ayının sonunda planı elan edə bilər.Qeyd edim ki, “Yahoo” internet şirkətinin “US GAAP” üzrə xalis mənfəəti 2011-ci ilin dördüncü rübünün nəticəsinə görə 5% (296 milyon dollar) azalıb.

ictnews.az

topladi.Zaliyev Kenan