İnteraktiv reklam bürosu və “PricewaterhouseCoopers” şirkəti Amerikanın internet reklam bazarını tədqiq ediblər və nəticələr haqqında məlumat veriblər.“İCTnews.az” elektron xəbər xidməti “business.compulenta.ru” saytına istinadən bildirir ki, 2011-ci ilin dördüncü rübündə internet reklam sektorunun həcmi 9 milyard təşkil edib. Bu, 2010-cu ilin analoji dövrü ilə müqayisədə 20 faiz çoxdur.2011-ci ilin nəticəsinə görə, ABŞ-da internet reklam bazarının həcmi 31 milyard dollar təşkil edib. Müqayisə üçün: 2010-cu ildə bu göstərici 26 milyard dollara bərabər olmuşdu.
Mobil reklam ən sürətli inkişaf edən seqment olub. Bu seqmentdə illik satışlar 150% artaraq 1,6 milyard dollar təşkil edib.
ictnews.az