Daily Archives: 08.05.2012

“Facebook” “Messenger” əlavəsini yeniləyib

Стандартный

«Facebook» şirkətinin əməkdaşları keçən həftənin sonunda «iOS» və «Android» əməliyyat sistemi ilə işləyən mobil qurğular üçün «Messenger»  əlavəsinin yeni versiyasını təqdim edib. Yeni versiyada bir sıra dəyişikliklər edilib. Qeyd edim ki, əlavənin əvvəlki relizlərində aşkar edilmiş boşluqlar və səhvlər aradan qaldırılıb.Bundan əlavə, yeni unikal funksiya sayəsində dostlarınız sizin olduğunuz yer haqqında məlumatlandırılacaqlar. Mobil qurğudan növbəti mesaj göndərdikdə, həmçinin sizin olduğunuz yer haqqında informasiya da göndəriləcək. Bu, kifayət qədər faydalı və praktik funksiyadır. «Messenger» əlavəsi pulsuz yayılır və artıq «Google Play Store» və «App Store» mağazalarında əlçatandır.
ictnews.az

“Google” şirkəti mükafatın həcmini artırıb

Стандартный

«Google» şirkəti saytı, xidmətləri və onlayn-əlavələrindəki boşluqlar barəsində məlumat verən müstəqil proqramçılara ödəniləcək mükafatın həcmini artırıb. İnternet-nəhəng məbləği  3133 dollardan 20000 dollara qədər, həmçinin «SQL» inyeksiyaların aşkar edilməsi üçün təyin edilmiş mükafatı 10000 dollara qədər artırıb.Şirkət, ümumilikdə «VRP» (Vulnerability Reward Program) proqramı çərçivəsində «Google.com», «YouTube.com» və şirkət üçün əsas olan digər domenlərdə kənar kodu keçirməyə imkan  verən boşluqlar üçün 20000 dollar ödəyəcək.

ictnews.az