Satınalmalar üzrə tender elanları onlayn qaydada verilə bilər

Стандартный

Satınalmalar üzrə Dövlət Agentliyinin saytında (www.tender.gov.az)  satınalan təşkilatlar üçün tender elanlarını onlayn qaydada təqdim etmək imkanı yaradılıb.Agentlikdən “İCTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, tender elanlarının verilməsi mexanizmindən istifadə üçün saytın əsas səhifəsinin sol tərəfində “Müsabiqə” bölməsində “Yeni elan göndərin” istinadından yararlanmaq lazımdır. Yeni elanın verilməsi zamanı müvafiq satınalma metodunu (açıq tender, təkliflər sorğusu, kotirovka sorğusu) seçmək tələb olunur.Açılacaq səhifədə tenderə dəvət və ya bildirişin saytda yerləşdirilməsi üçün həyata keçirilməli olan prosedurlar, həmçinin, bildiriş və tenderə dəvətin məzmununun düzgün olması üçün müvafiq qrafaların adları qeyd olunub. Satınalan təşkilat zəruri məlumatları qrafalara yazdıqdan sonra “Göndər” düyməsini sıxmaqla müsabiqə barədə elanını Satınalmalar üzrə Dövlət Agentliyinin elektron poçtuna göndərə bilər.Göstərilən meyarlara uyğun tərtib olunmuş elanlar və bildirişlər müsabiqələrə daha geniş miqyasda iddiaçıların iştirakına şərait yaratmaq üçün ingilis dilinə də tərcümə olunaraq Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində yerləşdiriləcək.

ictnews.az

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s