“Facebook” insanlara həyatı sevdirəcək

Стандартный

Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” intihar etməyi fikirləşən   insanlara kömək edən proqramın təkmilləşdirilməsi üzərində çalışır. Bu barədə “ABC” telekanalına “Facebook”-un rəsmi nümayəndəsi Frederik Volens məlumat verib.»Biz intihar hadisələrinin qarşısının alınması üçün standart, internet üzərindən daha effektiv metodların hazırlanması üzərində digər internet-şirkətlər və mütəxəssislərlə bir yerdə çalışırıq» .“İCTnews” elektron xəbər xidməti bildirir ki, “Facebook” 2011-ci ilin dekabrında ixtisaslaşdırılmış intihar hadisələrinin qarşısının alınması üzrə  “Milli ittifaq” təşkilatı ilə əməkdaşlıq çərçivəsində intihar profilaktikası proqramını istifadəyə verib. ABŞ və Kanadada yaşayan sosial şəbəkə istifadəçiləri proqram vasitəsilə xüsusi formanı doldurmaqla dostlarının intihar fikirləri haqqında məlumat verə bilərlər. Bundan sonra intihar etmək fikrinə düşmüş şəxsə intiharların qarşısının alınması üzrə milli «qaynar xətt»ə zəng etmək və ya mütəxəssislə onlayn çatda danışmaq xahişi haqqında mesaj göndərilir.Çox vaxt intihar etmək fikrinə düşən şəxs “Facebook” sosial şəbəkəsində bu barədə əvvəlcədən mesaj yazır. Məsələn, 18 yaşlı amerikalı tələbə Tayler Klementi 2010-cu ildə intihar edib. Gənc oğlan “Facebook” sosial şəbəkəsində mesaj yazdıqdan sonra intihar etmişdi. Mesajın məzmunu isə belə olub: “Corc Vaşinqton körpüsündən tullanmağa hazırlaşıram. Bağışlayın”.Məlumat üçün bildirim ki, “Facebook” sosial şəbəkəsi intihar profilaktikası proqramlarını tətbiq etmiş yeganə internet şirkət deyil. Belə ki, dünyanın ən böyük axtarış sistemi olan “Google”, həmçinin intihar hadisələrinin qarşısının alınması üçün mübarizə aparır. ABŞ və Kanadada yaşayan istifadəçilər axtarış sisteminə «intihar» sözünü daxil etdikdə axtarış nəticələrinin yuxarı hissəsində «kömək lazımdırmı?» və «qaynar xətt»in telefonu qeyd edilir.Amerikanın intihar hadisələrinin qarşısının alınması üzrə fondunun məlumatına görə, hər gün təxminən 100 ABŞ sakini intihar edir

ictnews.az

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s