DSMF-nin saytında vətəndaşlara xidmət imkanları daha da genişləndirilib

Стандартный

Dövlət qurumları elektron xidmətlərin təkmilləşdirilməsi prosesini davam etdirir. Bu sahədə növbəti addım Dövlət Sosial Müdafiə Fondundan (DSMF) gəlib. Belə ki, fondun 2004-cü ildən fəaliyyətdə olan saytında vətəndaşlara xidmət imkanları daha da genişləndirilib.Xüsusilə saytın «Əlaqə» bölməsində əhalinin fondla maneəsiz əlaqə saxlaması üçün bir sıra təkmilləşdirilmələr aparılıb.Bu barədə «İCTnews» elektron xəbər xidmətinə DSMF-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev məlumat verib. Onun sözlərinə görə, indiyə qədər bu bölmədə fondun yerli şöbələrinin ünvanları, əlaqə telefonları, vətəndaşların qəbulu qrafiki, yol sxemi və digər zəruri informasiyalar əks olunmuşdu: «Fond tərəfindən əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi, vətəndaş müraciətlərinin obyektiv araşdırılması məqsədilə buraya DSMF-nin bütün yerli şöbələrində vətəndaşların müraciətlərini birbaşa telefonla cavablandırmaq üçün məsul şəxslərlə bağlı informasiyalar əlavə edilib». «Vətəndaşların müraciətləri ilə bağlı fondun orqanlarında birbaşa telefon əlaqəsi üzrə məsul şəxslər barədə ətraflı məlumat» altbölməsi DSMF-nin rəsmi saytının (www.dsmf.gov.az, http://www.sspf.gov.az) «Əlaqə», həmçinin yeni yaradılan «Etik davranış» bölmələrində yerləşdirilib. Burada hər bir rayon şöbəsi üzrə vətəndaş müraciətlərinə telefon əlaqəsi üzrə məsul şəxslərin adı, soyadı, vəzifəsi, telefon nömrəsi yerləşdirilib.E.Babayev bildirib ki, DSMF-nin hər bir rayon şöbəsində fəaliyyətə başlayan bu xidmətin yaradılmasında başlıca məqsəd ictimaiyyətlə mövcud olan əlaqələri daha da inkişaf etdirmək, əhalinin sığorta-pensiya sistemi ilə bağlı istənilən suallarını operativ şəkildə cavablandırmaqdır. Bu xidmət vətəndaşların fondun orqanlarına gəlmədən operativ informasiya almalarına daha geniş imkanlar yaradacaq, bir sıra problemlərin dərhal həllinə təkan verəcək: «DSMF-də 2004-cü ildən etibarən sayt vasitəsilə müraciətlərin elektron poçtla qəbulu də həyata keçirilir. Elektron formada daxil olan müraciətlər prosedur qaydalar gözlənilməklə elektron poçt vasitəsilə cavablandırılır».Bundan başqa, DSMF-də vətəndaşların qəbulu müəyyənləşdirilmiş günlərə və saatlara uyğun olaraq əlaqə telefonları vasitəsilə qəbula yazılmaqla aparılır: «Bu barədə məlumat fondun «sspf.gov.az» ünvanlı internet səhifəsində və qurumun aparatının yerləşdiyi inzibati binanın girişində xüsusi monitorda verilib.Vətəndaşların qəbulu fondun sədri tərəfindən hər həftənin cümə günləri, digər vəzifəli şəxslər tərəfindən isə həftənin iş günləri və ya bilavasitə həyata keçirilir. Daha çox pensiya məsələləri ilə bağlı olan müraciətlərlə işin yaxşılaşdırılması üçün fondun Əmək pensiyaları şöbəsinin mütəxəssisləri tərəfindən həftənin bütün iş günləri vətəndaşların maneəsiz qəbulu həyata keçirilir və onları maraqlandıran sualların birbaşa cavablandırılması təmin olunur. 2008-ci ildən isə fondun aparatının əməkdaşları ilə birbaşa canlı bağlantının qurulması vasitəsilə vətəndaşların suallarının operativ şəkildə cavablandırılması məqsədilə müasir tipli «190» nömrəli telefon məlumat xidməti də fəaliyyətdədir».

ictnews.az

topladı.Zaliyev Kənan

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s